Tikinti təşkilatının avadanlıq şöbəsinin rəisi avadanlıqların inventarlaşdırılmasında və onların təşkilatım balansından silinməsində iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikinti təşkilatının avadanlıq şöbəsinin rəisi mal göndərən təşkilatlardan daxil olan avadanlıqların yükləmə, gətirilmə və boşaldılmasını təşkil edir. Avadanlıqlar üzrə hesabatın vaxtlı-vaxtında və keyfiyyətli tərtibatını tərtibatını təmin edir. Kollektiv və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir.
Tikinti təşkilatının avadanlıq şöbəsinin rəisi avadanlıqlara xidmət göstərilməsi və onların təmirinin təşkil olunması üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodik, normativ sənədləri, texnoloji avadanlıqların plan-xəbərdaredici təmir və səmərəli istismarının vahid sistemini, avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konsruktiv xüsusiyyətini, iş rejimi və təyinatını, onun istismar qaydalarını, avadanlıqların istismar, təmir və moderinləşdirilməsinə əməyin elmi təşkilinə qoyulan tələbləri bilməlidir.