Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nı təsdiqləyib.
Heftelik.az-ın məlumatına görə, bu Normalar bina və qurğularda, həmçinin açıq havada yerləşən və daxilindəki maddələrin temperaturu mənfi 180oC-dən müsbət 600oC-dək olan avadanlıqların, boru kəmərlərinin, qazötürücü kanallarının və hava kəmərlərinin xarici səthlərinin istilik izolyasiyasının layihələndirilməsində tətbiq edilir.
Daxilində partlayıcı maddələr olan avadanlıqların, partlayıcı maddələri nəql edən boru kəmərlərinin, sıxlaşdırılmış qazlar üçün izotermik anbarların, partlayıcı maddələrin istehsalı və saxlanması üçün nəzərdə tutulmuş bina və yerləşgələrin, atom stansiyalarının və qurğularının layihələndirilməsinə bu Normalar şamil edilmir.