Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Heftelik.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib:

 

2710 12 413 0mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq- darı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan

ədədi ilə

1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)
2710 12 510 1mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq-

darı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə

1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)
2710 19 310 0emalın spesifik prosesləri üçün qazoyllar1 ton üçün 80 manat

 

 

2710 19 350 0proseslərdə kimyəvi çevril- mələr üçün qazoyllar1 ton üçün 80 manat
2710 19 421 0 –

2710 19 480 0

digər qazoyllar, o cümlədən dizel yanacağı1 ton üçün 80 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)

 

Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib.

Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.