Abşeron rayonu Hökməli qəsəbəsi Nübar yaşayış massivində həkim-proktoloq, 1961-ci il təvəllüdlü Zahid Fərman oğlu Baxşəliyev intihar edib.
Heftelik.az-ın məlumatına görə, hadisə fevralın 18-də qeydə alınıb. Sabunçu Tibb Mərkəzində çalışan həkim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı lent.az saytı yayıb.