Baş dispetçerin vəzifə borcu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Baş dispetçer tikinti təşkilatının bölmələrinin ritmik işinin təmin olunmasına, yardımçı istehsalatın vaxtında və eyni miqdarda məhsul buraxılmasına, işin, istehsal proqramına və təqvim qrafiklərinə müvafiq, yerinə yetirilməsinə yönəldilmiş istehsal proseslərinin tənzimlənməsini həyata keçirir, istehsal proseslərinin gedişinin xəbərdarlığı və pozuntuların aradan qaldırılması üzrə tədbirlər görür və pozuntuların ləğv olunması üçün təşkilatın lazımi xidmətini cəlb edir. Bölmələrin və subpodrat təşkilatların işini istiqamətləndirir. Tikilən obyektlərin materiallarla, konstruksiyalarla (hissələrlə) inşaat maşın və mexanizmlərlə, nəqliyyatla və yükləmə-boşaltma vasitələri ilə təmin olunmasına nəzarət edir. İstehsalın gedişinə əməli nəzarət üçün lazım olan plan sənədlərinin vaxtında alınmasını təmin edir. İstehsalın əməli idarəolunması sahəsində qabaqcıl milli və beynəlxalq təcrübəni öyrənir, istehsal planlaşdırılmasının, dispetçerləşdirilməsinin və əməli uçotunun təkmilləşdirilməsi üzrə tədbirlərin işlənməsində və realizasiyasında, istehsalın gedişinə, istehsalın əməli idarəolunmasına texniki vasitələrin tətbiqi ilə əlaqədar nəzarətdə iştirak edir. Əməli iclaslarda iştirak edir. Tikinti təşkilatının bölmələrinin dispetçer xidmətinə rəhbərliyi həyata keçirir, onlar tərəfindən dispetçer jurnalının və digər texniki sənədlərin aparılmasına nəzarət edir.