Xüsusi təhlükəli, texniki nöqteyi-nəzərdən mürəkkəb və unikal obyektlərin bina və qurğularının işlənmiş ərazilərdə tikintisinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Batan qruntlarda bina və qurğuları layihələndirdikdə aşağıdakılar nəzərdə tutulmalıdır:
– tikinti meydançasının mühəndis-geoloji şəraitinin xüsusiyyətləri (batma deformasiyalarının növü, isladılmanın mümkün mənbələri və rejimləri, batan qruntun altında yerləşən qruntların xassələri və s.);
– tikinti sahəsinin planlaşdırılması və mühəndis hazırlığı;
– bina və qurğuların normal istismarını təmin etmək üçün tətbiq olunan tədbirlərin növü (qruntların batma xassələrinin aradan qaldırılması; batan qruntun svaylarla deşilərək keçilməsi; kompleks tikinti tədbirləri);
– layihələndirilən konstruksiyalara qrunt əsasın bərabər və qeyri-bərabər şaquli (batma) və üfüqi yerdəyişmələrinin təsiri;
– tikintinin yerli şəraiti və analoji qrunt şəraitində bina və qurğuların əsaslarının deformasiyalarına müşahidə nəticələri daxil olmaqla, bina və qurğuların layihələndirilməsində, tikintisində və istismarında olan təcrübə;
– yeni tikinti obyektlərin təsir zonasında olan ətraf tikililər və onların texniki vəziyyəti.