Əgər yer səthinin ayrı-ayrı növ (üfüqi yerdəyişmələrindən, mailliklərindən və s.) deformasiyalarından yaranan qüvvələr digər (əsas) növ yüklərdən və təsirlərdən yaranan qüvvələrə nisbətən kifayət qədər kiçik olduğu təyin edilibsə, onda bu deformasiyaların konstruksiyaların hesablanmalarında nəzərə alınmamasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Konstruksiyalarda deformasiyaların və qüvvələrin müəyyən edilməsi üçün istifadə olunan bina və qurğuların hesablama sxemləri bina və qurğuların iş şəraitinin tələb olunan həqiqi dəqiqlik dərəcəsini və onların əsas ilə qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini əks etdirməlidir. Zəruri olan hallarda hesablama sxemləri fəza işini, həndəsi və fiziki qeyri-xəttiliyi, həmçinin konstruksiya materiallarının sürüklənməsini nəzərə almalıdır.