İstismar olunan bina və qurğuların dağ-mədən mühafizə tədbirlərinə nələr daxil olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İstismar olunan bina və qurğuların dağ-mədən mühafizə tədbirlərinə aşağıdakılar daxildir:
- a) işlənmiş ərazilərin tam və ya bir hissəsinin doldurulması;
- b) layların zamandan asılı fasilələrlə işlənilməsi, sahədə dağ-mədən işlərinin bölüşdürülməsi; layların müəyyən ardıcıllıq ilə işlənməsi; obyektlərin əsaslarında deformasiyaların azalmasını təmin edən ayrı-ayrı sahələrdə dağ-mədən işlərinin eyni vaxtda aparılması;
- c) faydalı qazıntıların sahəsi və qalınlığı üzrə tam çıxarılmaması;
- d) dağ-mədən qazmalarının və buruq quyularının sonu yerləşən zonasında və astar konstruksiyalarının konturunun arxasında dağ sahələrinin əvvəlcədən bərkidilməsi və gücləndirilməsi;
- e) qapalı və dinamik təyziqli ucluğu olan qazma komplekslərinin tətbiq edilməsi;
- f) dağ-mədən qazmalarının və buruq quyularının kəsiklərinin və ölçülərinin azaldılması;
- g) istismar olunan bina və qurğuların bünövrələri ilə dağ-mədən qazmaları və buruq quyuları arasında məsafənin böyüdülməsi;
- h) qazma komplekslərinin yerdəyişməsindən dərhal sonra və ya eyni vaxtda astar konstruksiya arxası boşluqlarına tamponaj (tez bərkiyən) məhlulun təzyiqlə doldurulması;
- i) monolit preslənmiş beton astar konstruksiyalarının tətbiqi;
- j) işlənmiş ərazilərdə artıq qruntun azaldılmasını və dağ-mədən qazmalarının bərkidilməsini daha tez təmin edən qazmanın texnoloji rejiminin və metodunun seçilməsi və s.