Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin hüquqları sırasına baş idarənin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə rəylər vermək, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, işin təkmilləşdirilməsinə dair təkliflər vermək və nazirliyin fəaliyyət istiqamətlərinə aid normativ hüquqi aktların layihələrinə rəy verilməsində və onların, habelə ədliyyə fəaliyyəti ilə bağlı dövlət proqramlarının layihələrinin hazırlanmasında iştirak etmək daxildir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Müasir çağırışlara uyğun olaraq nazirliyin iş prosesinin optimallaşdırılması, rəqəmsal idarəetmənin və innovasiyaların tətbiqinin genişləndirilməsi, habelə elektron xidmətlərin təkmilləşdirilməsi, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə bağlı təkliflər vermək və nazirliyin sisteminə daxil olan qurumların funksional strukturunun fəaliyyətini müasir tələblərə cavab verən yeni iş prosesləri əsasında təşkili üzrə təkliflər vermək də bu hüquqlar sırasındadır.