Layihə sənədlərini hazırladıqda tikinti layihələrinin və müfəssəl planlaşdırma layihələrinin tərkibinə əsas cizgilərin miqyasında yerinə yetirilən dağ-geoloji məhdudiyyətlərin sxemləri daxil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Sxemlərdə tikinti şərtlərinə görə yaşayış rayonlarının və mikrorayonların tikintisinə yararlı, məhdud yararlı, yararsız, müvəqqəti yararsız olan ərazinin kateqoriyası göstərilməlidir.
Ərazinin kateqoriyalara bölünməsi həyata keçirilməlidir.