Tikinti və quraşdırma işləri üzrə usta istehsalat tapşırıqlarının və daxil olan tikinti materiallarının, konstruksiyaların, məmulatların gündəlik operativ hesabatını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikinti və quraşdırma işləri üzrə usta əməyin elmi təşkilini tətbiq edir, qüvvədə olan hasilat normalarının fəhlələr tərəfindən mənimsənilməsinə və yerinə yetirilməsinə şərait yaradır. Fəhlələrə dərəcələrin verilməsinə, briqadaların say və peşə ixtisas tərkibinin komplektləşdirilməsinə aid təkliflər verir. Briqada və fəhlələrin alətlər, cihazlar, kiçik mexanikləşdirmə vasitələri, nəqliyyat, xüsusi geyim, qoruyucu vasitələr ilə təmin olunmasına nəzarət edir. İş yerlərinin atestasiyasını aparan komissiyanın tərkibinə daxil olur, işində iştirak edir. Fəhlələri işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır.