Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin vaxtında müəyyən edilməsi və ehtimal olunan təhdidlərin qarşısının alınması məqsədilə informasiya sistemi xüsusi mühafizə sistemləri və proqram təminatları ilə təmin edilir və həmin mühafizə sistemləri və proqram təminatları mütəmadi olaraq təkmilləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

İnformasiya sistemində məlumatların işlənilməsi zamanı proqram-texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.