İstehsalat şöbəsinin rəisi kollektiv və fərdi müqavilənin işlənməsində və onların tədbirlərinin yerinə yetirilməsində iştirak edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda istehsalat şöbəsinin rəisi şöbənin işçilərinə rəhbərlik edir, böl-mələrin istehsalat xidmətinə metodiki rəhbərliyi həyata keçirir.

İstehsalat şöbəsinin rəisi təşkilatın istehsal gücünü və onun istehsalat bazasını; tikintidə istehsal planlaşdırılmasının əməli təşkilini, tikinti norma və qaydalarını, dövlət standartlarının və texniki şərtlərin tələblərini, istehsal gedişinin uçotunun əməli təşkilini; subpodrat, yardımçı və xidməti təşkilatların bölmələrin strukturunu, ixtisaslaşmasını, istehsal əlaqələrini; istehsalın, əməyin və idarəetmənin texnologiyasını, təşkilini və iqtisadi əsaslarını, tikinti-quraşdırma işlərinin işlərinin istehsal proqramının və təqvim qrafiklərinin işlənməsi qaydalarını, tikinti istehsalının təşkili sahəsində elmin naiiliyyətlərini və qabaqcıl milli və beynəlxalq təcrübələri, əmək qanunvericiliyinin əsaslarını bilməlidir.