Plan-xəbəredici təmir sahəsinin rəisi plan tapşırıqlarının müəyyən edilmiş müddətdə yerinə yetirilməsini, habelə müəyyən edilmiş texnoloji proseslərə riayət olunmasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda plan-xəbəredici təmir sahəsinin rəisi iş yerlərinin attestasiyasının və səmərələşdirilməsinin keçirilməsini; əməktutumlu proseslərin və əllə görülən işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tədbirlərin işlənib hazırlanması və tətbiq edilməsini; istehsalat sahələrindən və avadanlıqlardan, dəzgah, ləvazimat və alətlərdən səmərəli istifadə olunmasını; istehsalatın vaxtlı-vaxtında hazırlanmasının və sahənin ahəngli işləməsini; inşaat maşınlarının və onların yığma hissələrinin, təmir üçün zavodlara verilməsi və geri alınmasını; çətin tapılan və tez korlanan detal və yığma hissələrinin ehtiyatlarının mövcudluğuna, habelə onların bərpa və təmir olunmasına nəzarəti; inşaat texnikasının təmir xərclərinin azaldılmasını; sahənin uçot və hesabat sənədlərinin aparılmasını təmin edir.