Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəis müavinlərinin vəzifələri məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu,  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.

Baş idarənin rəis müavinləri:

–  baş idarədə işin təşkilini, həmçinin müvafiq idarə və şöbələrin fəaliyyətinin əlaqələndirilməsini təmin edirlər;

– əməkdaşları cəlb etməklə ümumiləşdirmələr aparır, baş idarə tərəfindən görülmüş işlərə dair hesabatlar hazırlayır və baş idarənin rəisinə təqdim edirlər;

– baş idarənin fəaliyyəti ilə bağlı məsələləri nazirliyin kollegiyasının müzakirəsinə hazırlayırlar;

– aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsi üzrə baş idarənin rəisinə təkliflər verirlər;

– əməkdaşlarının icraatında olan sənədlərin düzgün və vaxtında icra olunmasını təmin edirlər;

– vətəndaşları qəbul edirlər;

– kargüzarlıq işini təşkil edirlər;

– hesabatlarını baş idarə rəhbərliyinə təqdim edirlər;

– yeni təyin olunmuş işçiləri təcrübəli əməkdaşlara təhkim edir və onların işinə bilavasitə nəzarət edirlər;

– peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edirlər;

– vəzifə bölgüsünə uyğun olaraq digər funksiyaları yerinə yetirir, xidməti fəaliyyətlə bağlı nazirliyin rəhbərliyinin və baş idarə rəisinin tapşırıqlarını icra edirlər.