Əməyin və əmək haqlarının təşkili şöbəsinin rəisi qabaqcıl kollektiv və işçilərin mükafatlandırılması üzrə təklifləri və işçilərin yaradıcı fəallığının inkişafı, qabaqcıl istehsalat-təcrübəsinin yayılması üzrə tədbirləri işləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda əməyin və əmək haqlarının təşkili şöbəsinin rəisi kadrlar şöbəsinin və fəhlələrin istehsalat-texniki tədris planlarının işlənməsi və onların ixtisasının artırılması üzrə işdə iştirak edir. İdarənin istehsal bölmələrini əmək üzrə normativ materiallar və ədəbiyyatla təmin edir, Metodiki rəhbərliyi həyata keçirir və bölmələrin fəaliyyətini istiqamətləndirir, əməyin və əmək haqqının təşkili məsələlərinin həllində metodiki köməyi göstərir. Şöbənin işçilərinə rəhbərlik edir.
Əməyin və əmək haqlarının təşkili şöbəsinin rəisi müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını, qərarlarını və əmrlərini, əməyin və əməkhaqqının, tikinti istehsalatının idarə olunması üzrə metodiki, normativ və digər rəhbəredici sənədləri; əmək qanunvericiliyini; əməyin iqtisadiyyatını; tikinti istehsalının iqtisadiyyatını və təşkilini; əmək və əmək haqqı, əməyin elmi təşkili, normaların yenidən baxılmasına dair təqvim planları, iqtisadi həvəsləndirmə fondunun istifadə smetası üzrə illik və perspektiv planların işlənməsi qaydalarını; əmək haqqı üzrə forma və sistemlərin səmərəli tətbiqinin, maddi və mənəvi stimullaşdırmanın təşkilini; əməyin normallaşdırılmasının metodlarını; mükafatlandırma haqqında əsasnaməni; işlərin ixtisas xüsusiyyətlərini, fəhlələrin peşələrini və qulluqçuların vəzifələrini, iş və fəhlələrin tarifikasiyasını, qulluqçulara vəzifə maaşlarının müəyyən edilməsini; əmək haqlarına əlavələrin, üstəlik və əmsalların tətbiqini, mükafatların hesablanması qaydalarını, əmək və əmək haqqı üzrə göstəricilərin uçto və təhlilini, bölmələr və işçilər üçün vəzifə təlimatları üzrə əsasnamələrin işlənməsi və təsdiqi qaydalarını; texniki normallaşdırmanın əsaslarını; iş vaxtının, əməyin qabaqcıl üsul və metodlarının öyrənilməsi metodlarını: əməyin normallaşdırılmasını və keyfiyyət normalarının vəziyyətinin təhlilini; əməyin ödənilməsi, istehsalatın təşkili və idarə olunması üzrə qabaqcıl milli və beynəlxalq təcrübəni; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.