Relyefi dik yamaclar şəklində olan yerlərdə tikilən ərazinin planlaşdırılması terraslarla həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Terrasdan suyun kənarlaşdırılması həm yamacların əsaslarında qurulmuş arxlarla (xəndəklərlə), həm də iti kanallarla həyata keçirilməlidir. Göstərilən qurğular digər qurğulardan batmaya görə I növ, həmçinin batmaya görə II növ qrunt şəraitlərində alt layda suyu çəkib kənarlaşdıran qruntlar (qumlar) olduqda batan qatın 1,5 qalınlığından az olmayan məsafədə; batmaya görə II növ qrunt şəraitində çətinliklə sukeçirən alt qat qruntlar olduqda isə 3 mislindən az olmayan məsafədə yerləşdirilməlidir.