Salyanda ər və arvad qətlə yetirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Əlavə məlumat veriləcək.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.
Məlumata görə, İ. Məmmədov imkanlı şəxslərdən olub. Onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olurmuş. Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər-arvad övladlarından ayrı-kənddə yaşayırlarmış.