Batan qruntlarda layihələndirilən bina və qurğuların konstruksiyaları DÜİST 27751-ə müvafiq iki qrup həddi hallara: birinci – yükdaşıma qabiliyyətinə görə, ikinci – deformasiyalara görə hesablanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu halda seysmik təsirlər nəzərə alınmaqla bina və qurğudan konstruksiyalara təsir edən yüklərlə, həmçinin əsasda qruntların fiziki-mexaniki xassələrinin dəyişməsi ilə,  batan və üfüqi yerdəyişmə şəklində inkişaf edən qeyri-bərabər batma deformasiyalarla yaranan həddi hallar nəzərə alınmalıdır.