Türkiyənin 5-ci nəsil qırıcısı “KAAN”ın ehtiyat hissələrindən biri Azərbaycanda istehsal olunur.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Türk Aerokosmik Sənayesi (TUSAŞ) şirkətinin Baş direktoru Temel Kotil bildirib.
O qeyd edib ki, Azərbaycanda da artıq müdafiə sənayesinin inkişafı yüksək templə irəliləyir.