Yardımçı istehsalatlar şöbəsinin rəisi öz sənaye bazasının təşkili və inkişafını, sənaye müəssisələrinin məhsulunun, plana və müqavilə öhdəliklərinə uyğun olaraq, vaxtlı-vaxtında lazımi həcmdə və yüksək keyfiyyətlə istehsalının, texniki iqtisadi göstəriciləri ilə ölkəmizin və xaricin yüksək texnki nailiyyətlərinə uyğun, yeni məhsulun istehsalının mənisəməsinin (öyrənməsini) təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda yardımçı istehsalatlar şöbəsinin rəisi yardımçı istehsalat müəssisələrinin işini əlaqələndirir. Yeni müəssisələrin tikilməsi, mövcudlarının isə yenidən qurulması, modernləşdirilməsi üçün kapital qoyuluşuna olan tələbatı müəyyənləşdirir. Öz istehsalatının inkişafı üzrə təklifləri işləyib hazırlayır. Yardımçı istehsalat müəssisələrinin tikilməsi və yenidən qurulması üzrə layihə sənədlərinə rəy hazırlayır. Müəssisələr və tikinti-quraşdırma təşkilatları arasında təsərrüfat-hesablı qarşılıqlı münasibətlər sisteminin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır. İşlərin illik və rüblük planlarının, yardımçı istehsalat muəssisələrinin sənaye maliyyə planlarının hazırlanmasında, yeni texnika və texniki-təşkilat tədbirlərinin tətbiqi üzrə plan layihələrinin baxılmasında, avadanlıq, alət və texnoloji ləvazimatın hazırlanması üzrə sifarişlərin yerləşdirilməsində iştirak edir.