Yardımçı istehsalatlar şöbəsinin rəisi sənaye müəssisələrinin təsərrüfat fəaliyyətini təhlil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda yardımçı istehsalatlar şöbəsinin rəisi müəssisələrin fəaliyyət göstərməsi üzrə operativ planlarının işlənib hazırlanması, onlara, tikinti konstruksiya, detal, qeyri-tipləşdirilmiş avadanlıqların və s. hazırlanması üçün, texniki sənədlərin vaxtlı-vaxtında verilməsi müəssisələrin rüblük və illik iş planlarının yerinə yetirilməsinə buraxılan məhsulun keyfiyyətinə, müəssisələrin material-texniki təminatı üzrə planlarının yerinə yetirilməsinə nəzarət edir. Müəssisələrin material, yarımfabrikat və ehtiyat hissələrinə olan tələbatının müəyyənləşdirilməsində iştirak edir. Kollektiv və fərdi müqavilələrin yerinə yetirilməsində iştirak edir. Şöbənin işçilərinə rəhbərlik edir.