Rusiyada azərbaycanlı sürücünün səhvi ucbatından baş verən avtomobil qəzasında 6 nəfər ölüb.

Heftelik.az xəbər verir ki, qəza ötən gecə 00:15-də Samara vilayətində Qremyaçiy kəndində  baş verib.

39 yaşlı sürücünün olduğu “VAZ-2112” və 30 yaşlı kişinin idarə etdiyi “Lada Granta” markalı avtomobillər toqquşub.

“Lada Grant”da sürücü və 32 ilə 38 yaşlı iki sərnişin dünyasını dəyişib.

“VAZ-2112”nin qurbanları isə sürücü və 40-la 44 yaşlı sərnişinləri olub.  Daha bir 44 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzanın səbəbkarı sürət həddini aşan “Lada Granta” markalı avtomobilin sürücüsü, Azərbaycan vətəndaşı Orxan Nuruzadə olub.

Orxan Nuruzadənin bundan əvvəl, Saratov şəhərinin Voljski rayon məhkəməsinin materiallarına əsasən, fevralın 7-də sərxoş vəziyyətdə avtomobili idarə etdiyi üçün 15 gün inzibati həbslə üzləşdiyi məlum olub.