Dünyanın demək olar ki, hər yerində istifadə olunan bərpaolunan enerji siyasəti ölkəmizdə gözəl tətbiq olunur. Bu sahədə dünya qabaqcılı olan ölkələr ABŞ, Rusiya, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr vardır ki, onlar artıq bu sahədə inkişaf etmişdirlər. Azərbaycan isə onlardan heç də geridə deyil. Azərbaycanın alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə, hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. Respublikamız 3 əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəyi, bu həcmin 10 qiqavatının “Masdar” şirkəti, 12 qiqavatının “Fortescue” şirkəti üzərinə düşməsi nəzərdə tutulub. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. Və cənab Prezident İlham Əliyevin son dəfə BBC News kanalına olan müsahibəsində: 10 ilə bərpaolunan enerjidən maksimum istifadə edib, daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq. Cənab Prezidentin bu çıxışı bir daha bunu göstərir ki, Azərbaycan heç bir sahədə geridə olmadığı kimi bu sahədə də geridə deyildir və bunun əksinə daha da sürətli və innovativ şəkildə inkişaf edir.
Qəmər Cəfərova,
Nəsimi rayon gənci