Daxili auditorlar audit fəaliyyətini həyata keçirərkən qanunvericiliyə, daxili audit xidmətinin əsasnaməsinə, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara əməl etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Daxili audit xidmətinin tərkibində yüksək texniki bilik və təcrübə tələb edən sahələr üzrə (məs. İT, ödəniş xidmətləri, modelləşmə və s.) mütəxəssislər olmalıdır.