Daxili nəzarət funksiyasına daxil olan struktur bölmələrin rəhbərləri eyni vaxtda fərqli icra xarakterli vəzifə icra etməməli, nəzarət funksiyasına daxil olan struktur bölmələrin əməkdaşları isə monitorinq etdiyi sahələr üzrə icra xarakterli öhdəlik daşımamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Nəzarət funksiyasına daxil olan struktur bölmələrin rəhbərləri birbaşa Müşahidə Şurasına və onun komitələrinə tələb olunduğu təqdirdə hesabat verməlidir.