Məlumat istifadəçiləri mövcud və potensial səhmdarlar, bazar iştirakçıları və investisiya şirkətinin fəaliyyəti ilə bağlı məlumatın əldə edilməsində maraqlı olan digər şəxslərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Mükafat işçilərin peşəkar fəaliyyəti qarşılığında investisiya şirkəti tərəfindən pul, səhm və digər maliyyə alətləri formasında edilən ödənişlərir. Əmək haqqı sistemi ilə nəzərdə tutulmayan və investisiya şirkətinin rəhbərliyinin qərarı əsasında investisiya şirkətinin işçilərinə ödənilən birdəfəlik mükafatlar – hədiyyələr (bayramlar, əlamətdar günlər ilə əlaqədar ödənilən və digər sosial xarakter daşıyan ödənişlər) bu anlayışa aid edilmir;