Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.
Baş Prokurorluqdan Heftelik.az-a verilən məlumata görə, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.
“Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik. Bununla bağlı tərəfimizdən əlavə məlumatın verilməsi təmin ediləcək”, – deyə məlumatda qeyd olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda isə bildirilib ki, bu gün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elxan Məmmədovun saxlanılması ilə bağlı müxtəlif xəbər saytlarında dərc olunan məlumat həqiqəti əks etdirmir.