Geodezistin VƏZİFƏLƏRİ

04 Mart 2024, 09:15

Geodezist bina və qurğuların, layihələrə uyğun dəqiq nişanlanmaşını, bölünmə əməliyyatlarının görülməsini və inşa olunmasını təmin etmək məqsədi ilə, kompleks geodeziya işlərini yerinə yetirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda geodezist geodeziya bölgü əsaslarını sifarişçidən qəbul edir və bina, qurğuların inşa prosesində bölgü işlərini yerinə yetirir (meydancadaxili xətti qurğuların, magistral qurğular istisna-olmaqla, müvəqqəti bina və qurğuların bölgüsü, quraşdırma üfüqlərində daxili bölgü şəbəkəsinin yaradılması, oxlararası bölgü) layihə tələblərinə aid bütün pozuntular haqqında bölmənin baş mühəndisin və tikinti təşkilatlarının baş geozedistinə məlumat verir. Tikinti-quraşdırma işləri prosesində, işlərin istehsal layihələrində nəzərdə tutulmuş hallarda, bina və qurğuların, konstruksiya və elementlərinin hərəkətinə və deformasiyalarına nəzarət edir.