İcra orqanı Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla və Müşahidə Şurası tərəfindən səlahiyyət verildiyi halda daxili qaydaları təsdiq edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İcra orqanı fəaliyyəti barədə Müşahidə Şurasına hesabat verir. İcra orqanı daxili nəzarət və risklərin idarə edilməsi sistemində üzərinə düşən vəzifələri peşəkarcasına və vicdanla həyata keçirməlidir.