İnvestisiya şirkətinin Müşahidə Şurası və icra orqanı investisiya şirkətinin məqsədi, fəaliyyət hədəfləri, daxili riskləri, habelə investisiya şirkəti fəaliyyətinə təsir edən kənar mühitdə baş verən hadisələr və təhdidlər barədə məlumatlı olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

İnvestisiya şirkətinin xarici ölkədə yerləşən törəmə investisiya şirkətində bu Standartların tələbləri yerləşdiyi ölkədə müəyyən edilən korporativ idarəetmə standartlarına zidd olmayan hissədə tətbiq edilir.