Kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Qərarda aşağıdakılar göstərilməlidir:
– qərarı çıxaran məhkəmənin və işin adı, çıxarılma tarixi, məhkəmənin tərkibi, iclasda iştirak etmiş şəxslərin səlahiyyətləri göstərilməklə soyadları;
– kassasiya şikayəti vermiş şəxsin və işdə iştirak edən şəxslərin adları;
– işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin adı, işin nömrəsi, qətnamənin, qərardadın çıxarıldığı tarix və onları çıxartmış hakimlərin soyadları;
– çıxarılmış qətnamənin və qərardadın qısı məzmunu;
– çıxarılmış qətnamənin, qərardadın qanuniliyini yoxlamaq barədə irəli sürülmüş əsaslar;
– kassasiya şikayətinə qarşı verilmiş etirazda göstərilən dəlillər;
– kassasiya şikayətinə baxılmasında iştirak edən şəxslərin izahatları;
– işdə iştirak edən şəxslərin istinad etdikləri qanun və digər normativ hüquqi aktların məhkəmə tərəfindən tətbiq edilməməsinin motivləri, habelə məhkəmənin qərar qəbul edərkən rəhbər tutduğu qanun və digər normativ hüquqi aktlar;
– apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri;
– kassasiya şikayətinə baxılmasının nəticələri;
– iş yeni məhkəmə baxışına verilirsə, yerinə yetirilməli olan hərəkətlər.