Risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələri investisiya şirkətinin məruz qaldığı risklərin onun riskgötürmə qabiliyyətinə uyğunluğunu təmin edir, risk iştahası bəyannaməsinə baxılmasında, habelə risklərin idarə edilməsi ilə əlaqədar məsələlərin müzakirə olunmasında Müşahidə Şurasının iclaslarında iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bu bölmələr eyni zamanda məcmu və ayrı-ayrı risk növləri üzrə investisiya şirkətinin cari və gələcəkdəki risk iştahasına dair Müşahidə Şurasına təkliflər verir, investisiya şirkətinin risk mədəniyyətinin vəziyyətinə dair Müşahidə Şurasına hesabat verir.