Rusiyada kriminal serialların məşhur qəhrəmanı, aktyor Georgi Nikolayev evində ölü tapılıb.
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, 53 yaşlı aktyorun ölüm səbəbi bilinmir.
Teatr, kino aktyoru, müğənni Georginin cansız bədəni Moskvadakı evində 1 gün sonra aşkarlanıb.
Onun dostu Anatoli Krasnopivçev bu barədə yazıb:
“Jorka, sən nə etdin axı? Bu belə olmamalıydı”.
A.Krasnopivçevin sözlərinə görə, dostu çox həyatsevər, şən, planları olan biri idi.
Onun ayın 2-si öldüyü təxmin edilir.
1 il əvvəl aktyoru qarət edib möhkəm döymüşdülər.