1 mart 2024-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə “Yaz paralelləri” adlı tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, “Yaz paralelləri” adlı beynəlxalq layihə Azərbaycanda və Bolqarıstanda baharın qarşılanmasına həsr olunub.
Layihənin məqsədi iki ölkə arasında qarşılıqlı olaraq iki xalqın tarixi və mədəni irsinin adət-ənənələrini təbliğ etməkdir.
Qızılgül Bolqarıstanın, Xarıbülbül isə Azərbaycan xalqının qələbəsinin rəmzidir. “Yaz paralelləri” beynəlxalq layihəsini həyata keçirmək üçün Azərbaycan dili və Mədəniyyəti Mərkəzi qələbə simvolu olan Xarıbülbülün şəklini çəkən Sofiyadakı orta məktəblərin, incəsənət məktəbi və klublarının şagirdlərini, həmçinin Bolqarıstandakı Azərbaycan diasporundan olan uşaqları bu layihəyə cəlb edib. Tədbirdə həmin uşaqların çəkdiyi Azərbaycana həsr olunmuş 85 rəsm əsəri videoçarx vasitəsilə onlayn nümayiş olunub. Həmçinin tədbirdə Azərbaycanın Uni Kids Clubunun üzvləri tərəfindən çəkilən Bolqarıstana həsr olunmuş 18 ədəd rəsm əsəri nümayiş olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda Bolqarıstanın hökumət nümayəndəri və ictimai xadimləri tərəfindən muzeyə verilmiş 100-ə yaxın hədiyyə qorunub saxlanılır və həmin materiallar “Dost ellərin hədiyyələri” adlı kataloqda yer almışdır.Tədbirdə həmin hədiyyələr fotoslayd vasitəsilə nümayiş olunub.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açılış nitqi ilə çıxış edib. Sonra Bolqarıstan Səfirliyinin Səlahiyyətli naziri cənab Vladimir Bakırciyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasınakı Fövqaladə və Səlahiyyətli Səfiri Ruslan Stoyanovun təbrik məktubu oxuyub. Sonra çıxış edən “Azərbaycan Bolqarıstan dostluğunun inkişafına yardım ” ictimai birliyinin sədri Hüseynova-Atanasova Mariya tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.
Tədbirdə Bolqarıstan Səfirliyinin müşaviri, Konsulluq şöbəsinin müdiri İsmigül Durmuş, Bakı Slavyan Universitetinin Tərcümə fakültəsi və beynəlxalq münasibətlər və regionşünaslıq bölməsinin müəllimləri – Biserka İvleyeva, İrina Pçelinçeva və həmin universitetin tələbə kollektivi, muzey əməkdaşları, KİV nümayəndələri iştirak edib.
Tədbirin bədii hissəsində Şövkət Ələkbərova adına 20 Nömrəli 11 illik musiqi məktəbinin nağara çalanlar ansamblının ifasında çıxış, 1001 gecə xoreoqrafiya studiyasının üzvləri tərəfindən “Bolqar süitası”, Bakıda keçirilən bədii gimnastika üzrə çoxsaylı və rayonlararası yarışların iştirakçısı Cəfərova Eliana tərəfindən gimnastik nömrə, 1001 gecə studiyasının üzvü İsayeva Lalə tərəfindən Bolqar mahnısı – “Belə Roza” ifası, 1001 gecə xoreoqrafiyasının üzvü Xudaverdi Banunun ifasında “Xarıbülbül” rəqsi, Uni Kids Clubunun üzvləri – Selcan Abdullazadə və Nərmin Süleymanovanın təqdimatında Bolqar qızılgülü haqqında məlumat, Bakı şəhəri 153 saylı tam orta məktəbin şagirdi Aytac Dadaşovanın ifasında “Cənnətim Qarabağ” rəqsi, Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Aylin İlqarın ifasında Polad Bülbüloğlunun «Ə pridumıvaö pesnö» mahnısı, 1001 gecə xoreoqrafik studiyasının üzvlərinin ifasında “Qarabağ Yallısı – qəhrəmanlıq, güc və birlik rəqsi” təqdim olunub. Nümayiş olunan bədii hissənin rəhbəri Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədlidir.
Tədbirin aparıcısı Azərbaycan Dövlət Akademik Musiqili teatrın aparıcı aktrisası Gültac Əlili olub.
Daha sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
Sonda tədbir iştirakçıları H.Z.Tağıyevin ev muzeyini ziyarət ediblər.