Müşahidə Şurasının hər bir üzvü səsvermədə iclasın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz (lehinə və ya əleyhinə) bildirməklə, protokolu şəxsən imzalamalı və ya imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə məsələyə münasibəti barədə yazılı sənəd təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurasının sədri iclasda iştirak edə bilmədikdə onu Müşahidə Şurasının sədrinin müavini, müavin olmadıqda isə Müşahidə Şurasının iclasında səsvermə əsasında təyin edilmiş Müşahidə Şurasının digər üzvü əvəz edə bilər.