Türkiyədə partiya sədri qəzaya uğrayıb.
Heftelik.az-ın NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin xidməti avtomobili qəzaya uğrayıb, 4 nəfər yaralanıb.
Yol qəzası Tokat bölgəsində baş verib.
Mustafa Desticinin vəziyyətinin yaxşı olduğu bildirilib.