Nəqliyyat qalereyaları təsirə tabeli sxem üzrə layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
I, Iк və II, IIк qrup (cədvəl 5.1, 5.2) işlənmiş ərazilər üçün nəqliyyat qalereyalarının yükdaşıyan konstruksiyaları əsasən metaldan nəzərdə tutulmalıdır. Nəqliyyat qalereyaları dayaqlarda tikişlərlə kəsilən konstruksiyalı nəzərdə tutulmalıdır. Bu zaman qalereyanın boyuna oxuna perpendikulyar üfüqi müstəvidə dayaqlarda onların düzəldilmə mümkünlüyü nəzərdə tutulmalıdır.