“İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” qüvvəyə mindiyi gündən 30 (otuz) gün ərzində investisiya şirkətləri tərəfindən növbəti dövr üçün təsdiq olunan strateji plan Mərkəzi Banka təqdim edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bu Standartlar qüvvəyə mindiyi gündən sonrakı iki il ərzində hər 6 (altı) aydan bir investisiya şirkətində korporativ idarəetmənin tətbiqinin bu Standartlara uyğunluğu investisiya şirkəti tərəfindən qiymətləndirilməli və qiymətləndirmə başa çatdıqdan sonra 15 (on beş) iş günü ərzində nəticələri Mərkəzi Banka təqdim edilməlidir.