Türkmənistan bu il Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü ola bilər.
Heftelik.az-ın məlumatına görə, bunu Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunda bildirib.
Qurbanqulu Berdiməhəmmədovun sözlərinə görə, bu qərar ola bilsin ki, Aşqabadda Maxtumkuli Fraqinin 300 illik yubileyinə həsr olunmuş dövlət başçılarının Zirvə görüşündə açıqlansın.
Həmçinin bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçiriləcək Zirvə toplantısında iştirak etmək arzusunu ifadə edib.
Xatırladaq ki, Türkmənistan hazırda TDT-də müşahidəçi statusuna malikdir.