Risk meneceri ildə bir dəfə risk idarəçiliyi prosesinin monitorinqinin nəticələri barədə Şuraya hesabat təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Hesabatda aşağıdakılar barədə məlumatlar öz əksini tapır:
– riskin aktuallığı;
– yeni aşkarlanmış və ya potensial risklər;
– riskə dair tədbirlərin effektivliyi və səmərəliliyi;
– riskə dair tədbirlərin iqtisadi baxımdan səmərəli olub-olmaması;
– risk sahibləri tərəfindən aidiyyəti risklərə effektiv nəzarətin təmin olunub-olunmaması;
– risklərin idarəolunması sistemin inkişafı üçün təkliflər.