Ukraynanın Rusiyaya ordusuna məxsus poliqona raket zərbəsi nəticəsində əslən azərbaycanlı olan hərbi hissə komandiri, polkovnik Hüseyn Musayev həlak olub.

Heftelik.az-ın əldə etdiyi məlumata görə, zərbə nəticəsində ümumilikdə Rusiya ordusunun 67 hərbçisi həlak olub.

Hüseyn Musayevin Rusiyanın Şərq Hərbi Dairəsinə aid 36-cı motoatıcı briqadanın komandiri olması məlumdur.

Hüseyn Vilayət oğlu Musayev əslən Tovuz rayonundan olub. Onun cənazəsinin Azərbaycana gətirildiyi qeyd olunub.