Dünən Azərbaycandan olan gənc miqrant Sankt-Peterburqda tutulub.
Heftelik.az xəbər verir ki, o, Nevski rayonunda “Burger King” ziyarətçisini bıçaqlamaqda təqsirləndirilir.
Hadisə dünən Peterburqun Dıbenko küçəsində yerləşən “Burger King”də baş verib.
Hadisə nəticəsində 38 yaşlı Murmansk sakini ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 15 yaşlı yeniyetmə onun döş qəfəsindən bir neçə bıçaq zərbəsi vurub və ürəyini zədələyib.
Şübhəli hadisə yerindən qaçsa da, polis onu elə həmin gün Bolşevikov prospektində saxlayıb. Yeniyetmənin miqrasiya orqanlarında qeydiyyatda olmadığı, hazırda təcridxanaya yerləşdirildiyi bildirilir.