Bu Bu gün saat 14:15 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.
Xaçmaz dəmir yolu stansiyasının yaxınlığında özünü hərəkətdə olan qatarın altına ataraq ölən şəxsin kimliyi də məlum olub. Həmin şəxs Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Hüseynov Mehdi Fəxrəddin oğludur.