Audit Komitəsinin tərkibi üzrə əlavə hansı tələblərin təmin edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Əlavə olaraq aşağıdakılar da təmin edilməlidir:
– Audit Komitəsinin azı üçdə bir hissəsi (hesablamada nəticə bir yuxarı tam rəqəmə qədər yuvarlaqlaşdırılır) Müşahidə Şurasının üzvlərindən təşkil edilir;
– Audit Komitəsinin sədri Müşahidə Şurasının və (və ya) digər komitələrin sədri ola bilməz.