Azərbaycandakı kino ittifaqları rəsmi surətdə birləşib, yeni yaradılan kino ittifaqının adı məlum olub.
Heftelik.az-ın məlumatına görə, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.
Eyni zamanda yeni yaradılan qurumun nizamnaməsi də təsdiq olunub.
Qeyd edək ki, təkcə rejissor Oqtay Mir-Qasım kino ittifaqlarının birləşməsinin əleyhinə olub.
Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqınının sədrliyinə namizədliyini geri götürüb, Xalq artisti Rasim Balayevin sədrliyə namizədliyi təsdiqlənib.