İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Cinayət-Prosessual Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər:
– baxış;
– şəxsi müayinə;
– şəxsin və əşyaların tanınması;
– götürmə;
– axtarış;
– əmlak üzərinə həbs qoyulması;
– poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması;
– telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi;
– maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;
– meyitin qəbirdən çıxarılması (ekshumasiya);
– dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama;
– ekspertiza və ya tədqiqat üçün nümunələri götürmə;
– istintaq eksperimenti.