Binanın yükdaşıyan divarları binanın boyuna və eninə oxlarına nəzərən simmetrik yerləşdirilməli və binanın uzunu və eni üzrə sərtliklərin bərabər paylanması təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə karkassız binaların hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.

Eninə divarlar binanın bütöv eni üzrə layihələndirilməlidir. Planlaşdırma tələblərinə görə əgər eninə divarların bütöv en boyu üzrə yerləşdirilməsi pozularsa, onda onların daxili boyuna divarlarla əlaqəsi elə nəzərdə tutulmalıdır ki, eninə divarların vahid kəsişən sistem kimi boyuna divarlarla birgə işi etibarlı təmin edilsin. Bu halda eninə divarların (oxlarda) 0,6 m-dən çox olmayan qiymətdə yerdəyişməsi mümkündür.

Boyuna divarların 1,8 m-dən çox olmamaqla yerdəyişməsinə yol verilir ki, bu halda boyuna divarların sınan yerləri eninə yükdaşıyan divarlarla bağlanmalıdır.