İnvestisiya şirkətinin əməkdaşlarının mükafatlandırılması üzrə qərar Müşahidə Şurası tərəfindən təsdiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Kapital adekvatlığı tələblərinə cavab verən, lakin zərərlə fəaliyyət göstərən investisiya şirkətinin səhmdarlarının ümumi yığıncağının mükafatın verilməsini nəzərdə tutan qərarlar qəbul etdiyi hallar (məsələn, fəaliyyətin genişləndirilməsi, biznes modelinin dəyişilməsi, maliyyə sağlamlaşdırması və s. ilə bağlı) istisna olmaqla, investisiya şirkətinin əməkdaşlarının mükafatlandırılması üzrə qərar qəbul edilən zaman investisiya şirkəti kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə ilinin nəticələrinə görə xalis mənfəət əldə etməli, habelə investisiya şirkətinin kapital adekvatlığı həm maliyyə ilinin yekununa, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır.