Cinayət təqibi üzrə sübutların kifayət etməsinin nələrə nail olunmasına kömək etdiyinə atdınlıq gətirilib.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir:

– ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına;

– cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə;

– cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə.